Baş Prokurorluğun mətbuat xidmətində yeni təyinatlar olub - YENİLƏNİB

Baş Prokurorluğun mətbuat xidmətində yeni təyinatlar olub - <span style="color: red;">YENİLƏNİB
# 14 may 2018 10:17 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətində daha bir təyinat olub.

APA-nın məlumatına görə, Baş prokurorluğun mətbuat xidmətinin prokuroru Çingiz Əlizadə tutduğu vəzifədən azad edilərək xidmətin böyük prokuroru təyin edilib.

***

10.34

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib.

APA-nın məlumatına görə, Baş Prokurorluğun saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.

Dəyişikliyə görə, Baş Prokurorluğun mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yeni təyinatı təsdiqləyib. E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilib, ona Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR