“Çalış ki, narkotikə hədəf olmayasan” adlı yeni sosial videoçarx hazırlanıb

“Çalış ki, narkotikə hədəf olmayasan” adlı yeni sosial videoçarx hazırlanıb
# 06 dekabr 2017 12:25 (UTC +04:00)

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə incəsənət ustalarının iştirakı ilə sayca beşinci yeni sosial videoçarx hazırlanıb.

APA-nın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sosial rolikdə narkotiklərdən istifadə nəticəsində mərhələli qaydada baş verən dəyişikliklər təsvir olunub.

Yekun olaraq videoçarx “Çalış ki, narkotikə hədəf olmayasan” xəbərdaredici şüar ilə tamamlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR