Hesab.az istifadəçiləri qazandıqları bonusları "Uber Hədiyyə Kartı"na dəyişə bilərlər - FOTO

Hesab.az istifadəçiləri qazandıqları bonusları "Uber Hədiyyə Kartı"na dəyişə bilərlər - <span style="color: red;">FOTO
# 21 avqust 2015 10:46 (UTC +04:00)

Bakı - APA-Economics. Hesab.az istifadəçiləri qazandıqları bonuslar vasitəsilə hərracda iştirak etməklə yanaşı, həm də onları “Dərhal dəyiş” bölməsindəki “Uber Hədiyyə Kartı-15 AZN”ə dəyişə bilərlər.

İstifadəçilər Uber Azerbaijan tərəfindən təqdim edilən bu hədiyyə kartları vasitəsilə 15 AZN dəyərində PULSUZ gediş əldə edəcəklər.

Bunun üçün Hesab.az portalındakı şəxsi kabinetlərinə daxil olub, bonuslarının sayının qeyd olunduğu hissədə yerləşən “Dərhal dəyiş” bölməsinə giriş edərək, bonuslarını “Uber Hədiyyə Kartı-15 AZN”dəyişə bilərlər.

Dəyişim Uber xidmətini ilk dəfə istifadə edənlərə aiddir və hər istifadəçinin yalnız bir dəfə dəyişim etmək imkanı olacaq.

Qeyd edək ki, “Uber Hədiyyə Kartı-15 AZN” bir gediş üçün nəzərdə tutulub. Bu hədiyyə kartını əldə edənlər bir gediş etdikdə balanslarından 15 AZN silinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR