Tullantıların yandırılması ilə bağlı şikayət yerində araşdırılıb

Tullantıların yandırılması ilə bağlı şikayət yerində araşdırılıb
# 17 avqust 2017 14:02 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı sakini İmran İmranov tərəfindən Xətai rayonunun Babək prospektində tullantıların yandırılması ilə bağlı şikayət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı “maşın bazarı”nın ərazisində formalaşan tullantıların qalaqlanaraq yandırıldığı aşkar olunub. Araşdırma zamanı həmin ərazinin “Üzeyir-2” kiçik müəssisəsinə məxsus olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisənin rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

İnzibati xəta törətdiyinə görə “Üzeyir-2” kiçik müəssisəsinin hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər qanunvericiliyə uyğun olaraq Xətai rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR