Bakıda avtobusdan yıxılan sərnişin ağır kəllə beyin travması alıb

Bakıda avtobusdan yıxılan sərnişin ağır kəllə beyin travması alıb
# 13 yanvar 2020 04:22 (UTC +04:00)

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır yaralanıb.

APA xəbər verir ki, hadisə Buta qəsəbəsində baş verib.

126 nömrəli marşut xəttu üzrə hərəkət edən avtobusdan sərnişin 1980-ci il təvəllüdlü İsmayılov Elnur Cavad oğlu enmək istəyib. Bu zaman o hərəkət etmək istəyən avtobusdan yerə yıxılıb. Yaralı açıq kəllə beyin travması diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR