Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb
# 12 oktyabr 2016 20:25 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “BMW” markalı minik avtomobilinin idarəetmə lövhəsi, qabaq oturacaqları və salonun üzlüyü qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR