Bayden: “ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq”

Bayden: “ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq”
# 15 oktyabr 2016 01:43 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq.

APA-nın məlumatına görə, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.

“Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR