Gəncə sakininin evində meyiti tapılıb

Gəncə sakininin evində meyiti tapılıb
# 31 yanvar 2018 09:51 (UTC +04:00)

Gəncə şəhər sakini yaşadığı evin hamamında huşsuz halda tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Fətəli Xan Xoyski küçəsindəki mənzildə baş verib. Şəhər sakini, 1967-ci il təvəllüdlü Abbasov Rövşən Camal oğlu ailə üzvləri tərəfindən səhər saatlarında hamamda huşsuz halda tapılıb.

R. Abbasov xəstəxanaya çatdırılıb, onun öldüyü məlum olub. 51 yaşlı kişinin dəm qazından zəhərlənərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR