Bank Of Baku

İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək

İran öhdəlikləri yerinə yetirdikcə ABŞ sanksiyaları mərhələli şəkildə ləğv edəcək
# 17 iyun 2026 22:46 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonla əldə olunan razılaşmaların şərtlərinə əməl etdikcə, ABŞ İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları mərhələli şəkildə ləğv etməyə hazırdır.

APA xəbər verir ki, Tramp bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Hazırda qüvvədə olan sanksiyalar İranın iqtisadi cəhətdən bərpasına imkan vermir. Onların pulu olmazdı, ölkə yoxsulluq içində qalardı. Lakin onlar düzgün davranmağa başlayan kimi müəyyən dəyişikliklər olacaq. Öhdəliklərinə əməl etsələr, sanksiyaları aradan qaldıracağıq”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, daha əvvəl də müxtəlif ölkə və şəxslərə qarşı sanksiyalar tətbiq edib, sonradan isə müəyyən şərtlər daxilində həmin məhdudiyyətləri ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR