Nebenzya: “ABŞ-ın Suriyaya qarşı güc tətbiq etməsi ciddi fəsadlarla nəticələnə bilər”

Nebenzya: “ABŞ-ın Suriyaya qarşı güc tətbiq etməsi ciddi fəsadlarla nəticələnə bilər”
# 10 aprel 2018 02:38 (UTC +04:00)

ABŞ-ın Suriyaya qarşı güc tətbiq etməsi ciddi fəsadlarla nəticələnə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

“Biz artıq müvafiq kanallar vasitəsilə ABŞ tərəfinin nəzərinə çatdırmışıq ki, hər hansı bəhanə ilə Suriyaya qarşı hərbi gücün tətbiq edilməsi olduqca ciddi fəsadlarla nəticələnə bilər”, deyə V.Nebenzya qeyd edib.

Bundan əvvəl ABŞ-ın BMT TŞ-dakı nümayəndəsi Nikki Heyli bəyan edib ki, əgər BMT dinc sakinləri müdafiə edə bilmirsə, rəsmi Vaşinqton Suriyada kimyəvi silahlardan istifadəyə cavab verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR