“Mariya” qasırğası Dominik baş nazirinin evini uçurub

“Mariya” qasırğası Dominik baş nazirinin evini uçurub
# 19 sentyabr 2017 04:38 (UTC +04:00)

Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası Dominik Respublikasının baş naziri Ruzvelt Skerritin evini uçurub.

APA-nın xəbərinə görə, baş nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.

“Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, yazan R.Skirret daha sonra xilas edildiyini bildirib.

Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominik adasında ciddi fəsadlar törədib.

Donald Tramp "Mariya” qasırğası ilə əlaqədar Karib dənizində ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR