"Metak" şirkəti birinci emissiya üzrə kupon ödənişini həyata keçirib

"Metak" şirkəti birinci emissiya üzrə kupon ödənişini həyata keçirib
# 03 may 2018 10:09 (UTC +04:00)

"Metak" şirkəti tərəfindən emissiya edilmiş 14% gəlirliyi olan korporativ istiqraz üzrə I kupon ödənişi aprelin 30-da həyata keçirilib.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, I rüb üzrə 2000 ədəd istiqraz üçün 70 000 manat ödənilib. Bu da hər bir istiqraza görə 3 ay müddətinə 35 manat gəlir deməkdir.

Bir çox fiziki şəxs tərəfindən etibarlı investisiya aləti hesab edilən Metak istiqrazlarının 1-ci emissiyasını “AzFinance İnvestisia Şirkəti” QSC vasitəsi ilə təkrar bazardan 12% gəlirliklə, yəni bu gün 1014.5271 manat qiymətə almaq mümkündür. Cari qiymət hər gün üçün toplanmış faizlər nəzərə alınmaqla hesablanır.

Metak tərəfindən II emissiya aprelin 19-da həyata keçirilib. 12% gəlirliyi olan korporativ istiqraz üzrə kuponlar ayda bir dəfə ödəniləcək. Bu kağızı “AzFinance İnvestisia Şirkəti” QSC vasitəsi ilə təkrar bazardan 10% gəlirliklə əldə etmək mümkündür. Bu gün üçün cari qiymət 1018.9378 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR