2017-ci ildə bankların depozit portfeli artıb

2017-ci ildə bankların depozit portfeli artıb
# 02 fevral 2018 20:43 (UTC +04:00)

Ötən il Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 894,9 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Hesabatdan məlum olur ki, 2017-ci ildə ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği artıb. Belə ki, noyabr ayı ilə müqayisədə dekabrda banklar tərəfindən cəlb olunan depozitlərin məbləği 7,5% və ya 1 mlrd. 171,9 mln. manat artıb.

Ötən ilin dekabrın 31-nə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 542,5 mln. manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 2,67% və ya 195,9 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR