Bank Of Baku

KİV: ABŞ Rusiya və Ukraynanı məhdud atəşkəsi müzakirə etmək üçün oktyabrda Əbu-Dabiyə toplamaq istəyir

KİV: ABŞ Rusiya və Ukraynanı məhdud atəşkəsi müzakirə etmək üçün oktyabrda Əbu-Dabiyə toplamaq istəyir
# 29 sentyabr 2026 19:42 (UTC +04:00)

ABŞ Rusiya və Ukraynanın nümayəndələrini oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə məhdud atəşkəs məsələsini müzakirə etmək üçün bir araya gətirməyi planlaşdırır.

Bu barədə “The Atlantic” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin sentyabrın əvvəlində Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və onun danışıqlar qrupunun üzvləri ilə görüşdə müharibənin mərhələli şəkildə miqyasının azaldılması və məhdud atəşkəs imkanları müzakirə olunub.

Müzakirə edilən ilkin mərhələdə Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna, o cümlədən elektrik stansiyaları, neft emalı zavodları və digər enerji obyektlərinə zərbələr endirməməsi nəzərdə tutula bilər.

Bundan əlavə, Misirin vasitəçiliyi ilə Qara dənizdə yük gəmilərinə hücumların dayandırılması ilə bağlı ayrıca razılaşmanın müzakirə edildiyi bildirilir. Söhbət xüsusilə Yaxın Şərq və Afrikaya taxıl daşıyan gəmilərdən gedib.

“The Atlantic” yazır ki, ABŞ-ın növbəti məqsədlərindən biri Donald Tramp, Volodimir Zelenski və Vladimir Putinin üçtərəfli görüşünün keçirilməsidir. Nəşrin Zelenskinin ətrafındakı mənbəyə istinadən verdiyi məlumata görə, Ukrayna Prezidenti belə bir sammitə hazırdır, lakin Putin hələlik üçtərəfli görüşə hazır olduğunu nümayiş etdirmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR