Bank Of Baku

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb
# 29 sentyabr 2026 15:52 (UTC +04:00)

İranın Gürcüstandakı səfiri Seyed Ali Moucani “Facebook” səhifəsində paylaşımı ilə diplomatik qalmaqal yaradıb.

APA-nın yerli bürosu xəbər verir ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib.

Səfirin bu hərəkəti Gürcüstan parlamentinin üzvləri tərəfindən kəskin narazılıqla qarşılanıb. Parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze İran səfirini diplomatik protokol çərçivəsində qalmağa və tarixi məsələlərə dair şərhlərdən çəkinməyi tövsiyə edib.

“Səfirə məsləhət görürəm ki, tarixi ekskurslara dərindən baş vurmasın, çünki bu, onun işi deyil. Əgər iki ölkə arasında normal münasibətlərin qorunub saxlanılmasını istəyirsə, belə çıxışlardan çəkinməlidir”, - deyə o əlavə edib.

Komitə sədri qeyd edib ki, məsələ Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə onun ölkəyə qayıtmasından sonra müzakirə olunacaq.

Parlamentin hakim “Gürcü Arzusu” partiyasından olan üzvləri İrakli Kadaqişvili və Aluda Quduşauri də İran səfirinin paylaşımının onun səlahiyyətlərindən kənara çıxdığını bildiriblər. Deputatlar Gürcüstan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı reaksiyasının mütləq olacağını vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR