Bank Of Baku

KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub

KİV: Ağ Evin mətbuat katibinin istefası Tramp administrasiyasında təəccüb doğurub
# 30 avqust 2026 20:41 (UTC +04:00)
0:00 / 0:00
80%

Ağ Evin mətbuat katibi Kerolayn Livittin vəzifəsindən ayrılması ABŞ Prezidenti Donald Tramp administrasiyasının bəzi üzvləri üçün gözlənilməz olub.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, aralıq seçkiləri ərəfəsində kadr dəyişiklikləri adi hal olsa da, Livittin gedişi Ağ Evdə bəzilərini təəccübləndirib.

“Bloomberg” qeyd edir ki, Tramp Livittə əvəzləyici tapmağa tələsmir. Yeni mətbuat katibi təyin olunana qədər brifinqlərin prezident administrasiyasının üzvlərinin iştirakı ilə keçirilməsi planlaşdırılır.

Bu üsul Livittin bu ilin əvvəlində ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar məzuniyyətdə olduğu dövrdə də tətbiq edilmişdi.

Livittdən başqa, son vaxtlar ABŞ administrasiyasının bir neçə yüksək vəzifəli rəsmisi də istefa verib. Onların arasında milli təhlükəsizlik üzrə direktor müavininin köməkçisi Endi Beyker və Ağ Evin qanunvericilik məsələləri üzrə direktoru Ceyms Breyd də var.

Agentliyin yazdığına görə, istefalar silsiləsi Trampın komandasında boşluq yaranması təhlükəsini artırır və onların yerinə yeni şəxslərin tapılması asan olmayacaq.

“Bloomberg”in məlumatına görə, daha yüksək vəzifəli bəzi rəsmilər də yaxın aylarda vəzifələrindən ayrılmaq imkanını nəzərdən keçirirlər.

Qeyd edək ki, Tramp Livittin vəzifəsindən ayrılacağını avqustun 12-də açıqlayıb. Mətbuat katibi avqustun sonunda postunu tərk edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR