İspaniya Şimali Afrikadakı Seuta anklavında yerləşən miqrantlarla bağlı Avropa İttifaqından yardım istəyib.
Bu barədə “Reuters” məlumat yayıb.
İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska “Frontex”dən qanunsuz olaraq anklavda qalan miqrantların yoxlanılması və qeydiyyatı prosesinə dəstək göstərilməsini istəyib.
Bu müraciət Mərakeşlə sərhəddən on minlərlə şəxsin keçməsindən təxminən bir ay sonra edilib.