Xaçmazda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Xaçmazda minik avtomobili yük maşını ilə toqquşub, ölən var
# 01 sentyabr 2017 10:45 (UTC +04:00)

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 31-də saat 19:00 radələrində Xaçmaz rayonunun Yergüc kəndində rayon sakinləri Ənvər Abdullayevin idarə etdiyi “VAZ-2106” və Sahib Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ə. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR