Ucarda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Ucarda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb
# 28 iyul 2015 13:57 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda yaşayış binasında yanğın baş verib.

APA-nın məlumatına görə, yanğın bu gün saat 14.30-da qeydə alınıb.

Rayonun Heydər Əliyev prospektində iki mərtəbəli, 16 mənzilli yaşayış binasının dam örtüyü 800 kv.m sahədə yanıb. Yanğın zamanı 2 mənzilə ziyan dəyib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Baş verən hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmin şəxsə xəstəxanada yardım göstərilərək evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR