Paşha Bank
Bank Of Baku

Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır

Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır
# 09 noyabr 2026 08:50 (UTC +04:00)

Kuba hakimiyyəti ABŞ-ın adaya qarşı mümkün hərbi əməliyyat təhlükəsini ciddi qəbul edir və əhalini ölkənin müdafiəsinə hazırlamaq üçün mütəmadi tədbirlər həyata keçirir.

APA xəbər verir ki, bu barədə Kubanın BMT yanında daimi nümayəndəsi Ernesto Soberon Qusman bildirib.

“Biz bu məsələyə çox ciddi yanaşırıq. Məsələn, Kubada hər cümə gününü müdafiəyə həsr edirik ki, bütün xalqımızı suverenliyimizi, müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa hazırlayaq. Hərbi ssenari də daxil olmaqla, istənilən vəziyyətə hazır olmalıyıq”, – diplomat deyib.

Onun sözlərinə görə, Havana ABŞ-ın yüksəkvəzifəli rəsmilərinin Kubaya qarşı güc tətbiqini istisna etməyən açıqlamalarını diqqətlə izləyir.

Diplomat bildirib ki, Kuba rəhbərliyi mümkün təhlükələri qiymətləndirərkən Vaşinqtonun son illərdə beynəlxalq arenadakı fəaliyyətini də nəzərə alır.

“ABŞ-ın hazırkı administrasiyasının yüksəkvəzifəli nümayəndələri tərəfindən Kubanı ələ keçirmək, bombalamaq və məhv etməyə hazır olduqları barədə bir və ya iki deyil, çoxsaylı açıq bəyanatlar səsləndirilib. Bu da həmin təhdidlərə ciddi yanaşmağımızın əsas səbəblərindən biridir”, – Qusman vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR