Bank Of Baku

Kuba XİN rəhbəri ABŞ-la danışıqlarda irəliləyiş olmadığını bildirib

Kuba XİN rəhbəri ABŞ-la danışıqlarda irəliləyiş olmadığını bildirib
# 01 iyul 2026 00:12 (UTC +04:00)

Kuba ilə ABŞ arasında aparılan danışıqlarda Vaşinqtonun mövqeyinə görə irəliləyiş əldə olunmayıb.

APA xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya Havanada keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ABŞ nümayəndə heyəti daim hərbi gücdən istifadə və yeni birtərəfli sanksiyalarla bağlı təhdidlər səsləndirir. O, həmçinin Kubaya qarşı mediada həqiqətə uyğun olmayan məlumatların yayıldığını iddia edib.

Bruno Rodriqes Parrilya əlavə edib ki, Havana ABŞ-la bərabərhüquqlu dialoqa hazırdır, lakin bu, təzyiq və ölkənin daxili işlərinə müdaxilə olmadan baş verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR