Bank Of Baku

ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib

ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
# 29 oktyabr 2026 06:42 (UTC +04:00)

ABŞ-ın Cənubi Karolina ştatında yerləşən “Savanna-River” (SRS) nüvə kompleksinin laboratoriyasında baş verən yanğın radiasiya sızmasına və ərazidə fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.

APA xəbər verir ki, bu barədə yerli “News 12” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə çərşənbə günü axşam saatlarında qeydə alınıb. Kompleksin rəhbərliyi bildirib ki, laboratoriyanın otaqlarından birində yanğın baş verib və nəticədə yer səviyyəsində filtrlənməmiş radiasiya emissiyası qeydə alınıb.

Bununla yanaşı, kompleksin rəhbərliyi radioaktiv çirklənmənin laboratoriyanın zədələnmiş binasından kənarda və nüvə kompleksinin sərhədləri daxilində digər ərazilərdə aşkar edilmədiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR