ABŞ administrasiyası Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda bütün tərəflərin təhlükəsizlik maraqlarını nəzərə almağa çalışır.
APA xəbər verir ki, bunu ABŞ prezidentinin kürəkəni Cared Kuşner öz “X” hesabında yazıb.
O, məqsədlərinin gələcəkdə münaqişə riskini azaltmaq üçün tərəflərin razılaşdırdığı praktik tədbirlər vasitəsilə bütün tərəflərin təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almaq olduğunu bildirib.
Kuşnerin sözlərinə görə, gələn həftə ABŞ Əbu-Dabidə fevral ayından bəri ilk dəfə Ukrayna və Rusiya ilə üçtərəfli danışıqlar aparacaq. Vaşinqton hər iki tərəflə ciddi təkliflər hazırlamaq üçün əməkdaşlıq edir.
O əlavə edib ki, Prezident Donald Tramp sülhün təmin olunmasını prioritet hesab edir.
Kuşnerin sözlərinə görə, məqsəd bu hədəfi hərtərəfli və davamlı razılaşmaya çevirmək üçün zəruri işi görməkdir.