ABŞ Prezidenti Donald Trampın kürəkəni və danışıqlar üzrə nümayəndəsi Cared Kuşner Ukraynadakı müharibənin nizamlanması istiqamətində aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.
APA xəbər verir ki, Kuşner bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində aparılan danışıqlar konstruktiv xarakter daşıyıb.
“Son bir neçə gündə ümidverici irəliləyiş əldə olunub”, – Kuşner qeyd edib.
O vurğulayıb ki, sülhə nail olmaq üçün hələ müəyyən məsələlər üzərində işləmək lazımdır.
“Qarşıda görüləsi işlər var. Lakin bu müharibəyə son qoymaq, gələcək nəsillər üçün davamlı sülhün, təhlükəsizliyin və rifahın əsasını yaratmaq baxımından real imkanımız mövcuddur”, – Kuşner bildirib.