Cəbrayıl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbirinin məlumatına görə, Elşən Zaur oğlu Rüstəmov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü Elşən Rüstəmov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.