Türkiyəli və iranlı alimlər “Mustafa” mükafatına layiq görülüb

Türkiyəli və iranlı alimlər “Mustafa” mükafatına layiq görülüb
# 28 noyabr 2017 13:46 (UTC +04:00)

Türkiyə və İrandan olan alimlər müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə təsis olunmuş “Mustafa” beynəlxalq elmi mükafatına layiq görülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, “Mustafa” mükafatı türkiyəli professor Erol Gülnəbi və iranlı professor Məhəmməd Əmin Şükrüllahiyə təqdim olunub. Ümumilikdə mükafatın dəyəri 1 milyon dollardır.

Mükafat fondunun katibi Mehdi Səfariniya deyib ki, E. Gülnəbi kompüter sistemləri üzrə, M. Ə. Şükrüllahi isə kompüter kodları sahəsində tədqiqatlarına görə müştərək olaraq bu mükafata sahib çıxıblar. Onların hər birinə 500 min dollar təqdim olunub.

M. Səfariniya bildirib ki, hazırda islam dünyasının elm və texnologiya fondunun yaradılması üçün işlər görülür.

Qeyd edək ki, “Mustafa” mükafatı müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə 2 ildən bir təqdim olunur. Mükafata islam peyğəmbərinin adlarından biri verilib. İlk “Mustafa” mükafatı 2015-ci ildə peyğəmbərin doğum günü ərəfəsində təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR