Azərbaycanın konsulu Batumidəki faciə ilə bağlı başsağlığı verib

Azərbaycanın konsulu Batumidəki faciə ilə bağlı başsağlığı verib
# 25 noyabr 2017 20:04 (UTC +04:00)

Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğu “Leogrand” hotelində baş vermiş yanğınla bağlı başsağlığı yayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, baş konsul Rəşad İsmayılov faciə ilə bağlı dərin kədərini ifadə edərək ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bir gün əvvəl Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Hadisə ilə bağlı noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR