Bakıda Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib

Bakıda Macarıstanın Milli Günü münasibətilə tədbir keçirilib
# 24 oktyabr 2017 21:25 (UTC +04:00)

Oktyabrın 24-ü Macarıstanın Milli Günü münasibətilə "Boulvard" otelində tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə ölkəsinin Milli Günü bayramının tarixindən danışan Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi bildirib ki, Macarıstan NATO və Avropa İttifaqının (Aİ) fəal üzvüdür.

Azərbaycan və Macarıstan arasında ikitərəfli əlaqələrdən söz açan səfir Azərbaycanda xidmət etməsindən məmnun olduğunu bildirib: "Bu il iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyini qeyd etdik. Azərbaycanın da müstəqilliyi ilə bağlı məxsusi tarixi var və düşünürəm ki, bu, ölkələrimiz arasında dostluq üçün möhkəm zəmin yaradır".

"Bu gün Macarıstan və Azərbaycan arasında möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur. Bu ildən etibarən hər il Macarıstanda təhsil almaq istəyən azərbaycanlı gənclər üçün 200 təqaüd yer ayrılacaq", - deyə səfir əlavə edib.

V. Sederkenyi Azərbaycanı Avropa İttifaqı (Aİ) və NATO üçün strateji tərəfdaş hesab etdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR