AMEA Mərkəzi Kitabxanasında “Sosial media və milli dəyərlər” mövzusunda təlimlər başlayıb

AMEA Mərkəzi Kitabxanasında “Sosial media və milli dəyərlər” mövzusunda təlimlər başlayıb
# 28 iyul 2015 08:51 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında “Sosial media və milli dəyərlər” mövzusunda 4 günlük təlimlər başlayıb.

APA-nın məlumatına görə, İƏEPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, təlimlər çərçivəsində iştirakçılara sosial şəbəkələrdən səmərəli və düzgün istifadə, milli dəyərlərin qorunması üçün atılması lazım olan addımlar barədə məlumatlar veriləcək.

B. Əliyev deyib ki, müxtəlif sosial şəbəkələrdə Azərbaycanı, milli-mənəvi dəyərlərimizi gözdən salmağa çalışan qruplar var və bu qruplara qarşı effektiv mübarizə aparmaq üçün belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir.

Tədbirdə çıxış edən AMEA Mərkəzi Kitabxanasının rəhbəri Leyla İmanova, internet media üzrə mütəxəssis Ellada Mustafayeva və başqaları layihənin əhəmiyyətindən danışıblar, gənclərin maarifləndirilməsi işində mühüm rolu olan belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR