Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 26 yanvar 2017 07:59 (UTC +04:00)

Qazax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, “Mercedes” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan iki nəfər - rayonun Xanlıqlar kənd sakinləri, 1989-cu il təvəllüdlü Tural Hüseynov və 1988-ci il təvəllüdlü Amil Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Onlar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR