Qətl törədən gənclərə hökm oxunub

Qətl törədən gənclərə hökm oxunub
# 10 mart 2017 08:26 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Vüsal Mirzəyev 18 il , Vüsal Qədiyev 18 il , Nizami İsmayılov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, həmin şəxslər ötən il sentyabrın 7-də Abşeron rayonunda Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirovu qətlə yetiriblər. Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Qəbiyev və Lerik rayon sakini, 1982-ci il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə yemək yeyəndən sonra onların arasında mübahisə yaranıb. Bundan sonra üç nəfər X. Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada qətlə yetirib.

Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR