Bakıda şirkətlərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Bakıda şirkətlərdən oğurluq edən dəstə zərərsizləşdirilib
# 10 noyabr 2016 08:24 (UTC +04:00)

Bakıda şirkətlərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-nə keçən gecə Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Kontakt" və "Evrolux" şirkətlərinə məxsus anbardan pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini Saleh Mehdiyev tutulub. Ondan 2 ədəd kondisioner və 1 ədəd tozsoran götürülüb.

Aparılmış əməliyyat tədbirləri ilə onun hadisəni əvvəllər həmin anbarda işləmiş Bakı şəhər sakini Tərlan Əhmədağazadə, Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş İntiqam Quliyev, Samux rayon sakini, əvvəllər məhkum olunmuş Köçəri Piriyev və Saşa adlı şəxslə birgə törətməsi və anbardan təxminən 12 ədəd kondisioner, 1 ədəd tozsoran və 1 ədəd kombi oğurladıqları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə K. Piriyev tutulub, onun paytaxt ərazisində kirayədə yaşadığı evə baxış zamanı oradan 2 ədəd kondisioner və 1 ədəd kombi aşkar edilərək götürülüb

.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədağazadə də yaxalanıb. Onun noyabrın 7-də "Xəzər inşaat" şirkətinə məxsus anbardan 71168 manat dəyərində 53 ədəd kondisioner, 5 ədəd tozsoran, 21 ədəd kombi aparatı və digər əşyalar oğurladığı da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR