Suriya Milli Dialoq Konqresinin keçiriləcəyi tarix açıqlanıb

Suriya Milli Dialoq Konqresinin keçiriləcəyi tarix açıqlanıb
# 17 yanvar 2018 10:36 (UTC +04:00)

Soçidə Suriya Milli Dialoq Konqresi yanvarın 30-da keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə diplomatik mənbədən “RİA Novosti” agentliyinə bildirilib.

Konqresin işində Suriya silahlı müxalifəti təmsil edən nümayəndə heyəti də iştirak edəcək.

Mənbənin bildirdiyinə görə, BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura da toplantıya dəvət olunub.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran yanvarın 29-30-da Soçidə Suriya cəmiyyətinin bütün qruplarının iştirakı ilə Milli Dialoq Konqresinin keçiriləcəyini bəyan edib. Milli Dialoq Konqresində 1500 nəfərə yaxın adamın iştirak edəcəyi gözlənilir. Forumda Suriya hökumətinin və müxalifətinin nümayəndələri münaqişənin siyasi həlli yollarını müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR