Bank Of Baku

"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub

“Nvidia” şirkətinin baş direktoru Censen Huanq

© APA | “Nvidia” şirkətinin baş direktoru Censen Huanq

# 09 noyabr 2026 03:52 (UTC +04:00)

ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin Direktorlar Şurası baş direktor Censen Huanqın xarici kəşfiyyatın hədəfinə çevrilməsi ilə bağlı məlumatlardan sonra müstəqil araşdırmaya başlayıb.

APA xəbər verir ki, bu barədə “Nvidia” şirkətinin rəsmi açıqlamasında bildirilib.

Məlumata görə, araşdırmaya müstəqil direktorlar və kənar hüquq məsləhətçiləri nəzarət edəcəklər.

“Direktorlar Şurasının milli təhlükəsizliyə və ya ‘Nvidia’nın kommersiya sirlərinə zərər dəydiyini düşünmək üçün əsası yoxdur. Bununla belə, araşdırma bütün mövcud məlumatları əhatə edəcək”, – açıqlamada qeyd olunub.

“Axios” portalının məlumatına görə, Huanq şirkət əməkdaşlarına göndərdiyi elektron məktubda Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən Alis Huanqla romantik münasibətdə olduğunu etiraf edib.

O, ailəsindən və həmkarlarından üzr istəyərək davranışlarına görə məsuliyyət daşıdığını bildirib.

Məlumatlarda Alis Huanqın Sinqapurda yerləşən “Megaspeed” şirkəti ilə əlaqəli olduğu və Çin kəşfiyyatı tərəfindən cəlb edilməsində şübhələr yarandığı qeyd edilir. Bu iddialar hələlik məhkəmə qaydasında təsdiqlənməyib.

“Nvidia” rəhbərliyi isə hazırda şirkətin məxfi məlumatlarının və ABŞ-ın milli təhlükəsizliyinin zərər gördüyünə dair sübut olmadığını vurğulayıb.

Censen Huanq araşdırma ilə əməkdaşlıq edəcəyini bildirib və şirkətin baş direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR