Yevlaxda fermada 65 mərmi tapılıb

Yevlaxda fermada 65 mərmi tapılıb
# 06 mart 2019 21:26 (UTC +04:00)

Ərazilərin minalardan təmizləmə milli agentliyi (ANAMA) Yevlax rayonunda əməliyyat keçirib.

ONA-nın Agentlıyə istinadən verdiyi xəbərə görə, martın 5-də ″102″ Xidməti vasitəsi ilə Yevlax şəhəri, Aran qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə 2019-cu il 5-6 mart tarixlərində yuxarıda adı qeyd olunmuş ərazidə ferma sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 65 ədəd partlamamış hərbi sursat (PHS) və 123 ədəd təlim (tərkibində partlayıcı maddə olmayan) məqsədli mərmilər aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların (PHS) ətrafında 50,000 kv.m (5 ha) əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR