Futbol üzrə Azərbaycan millisi Qırğızıstan yığmasını məğlub edib

Futbol üzrə Azərbaycan millisi Qırğızıstan yığmasını məğlub edib
# 29 may 2018 20:03 (UTC +04:00)

Bu gün Azərbaycan millisi növbəti yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi komanda Qırğızıstan yığmasını qəbul edib.

Bu, “Qarabağ”ın çalışdırıcısının yığmanın “sükanı arxasında” 4-cü sınağı olub. O, qırğızlarla görüşədək Moldova və Makedoniya ilə heç-heçə etdiyi halda, Belarusa məğlubiyyətə üzülüb.

Budəfəki rəqib komandamız üçün yad deyildi. Millimiz 2018-ci ildə 4-cü yoxlama matçında Qırğızıstanla 4-cü dəfə üz-üzə gəlib. Buna qədər iki dəfə qalib gəlib, 1 dəfə “sülh” bağladığımız asiyalılar yenə məğlubiyyətə üzülüblər. Millimiz uğurlu seriyanı 3:0 hesablı qələbə ilə davam etdirib.

Bu, eyni zamanda Qurbanovlu yığmanın ilk qalibiyyəti olub və yığmamız 2018-ci ilin “siftə”sini rəsmiləşdirib.

Qeyd edək ki, yığmamız iyunun 5-də Qazaxıstan, 4 gün sonra Latviya ilə də yoldaşlıq oyunu keçirəcək.

Yoxlama oyunu

29 may

Azərbaycan - Qırğızıstan - 3:0

Qollar: Maksim Medvedev, 16; Mahir Mədətov, 75; Ürfan Abbasov, 84

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə)

Bakı. Olimpiya Stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR