Nazirlik: Heyvan dişləmələri nəticəsində quduzluq xəstəliyi qeydə alınmayıb

Nazirlik: Heyvan dişləmələri nəticəsində quduzluq xəstəliyi qeydə alınmayıb
# 17 avqust 2017 14:06 (UTC +04:00)

“Azərbaycanda heyvan dişləmələri ilə bağlı ümumi səviyyə əvvəlki illərlə müqayisədə eynidir. Hələ ötən illərə nisbətən azalma var ki, artım yoxdur”. Bunu APA-ya Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.


Onun sözlərinə görə, bu ilin 8 ayı ərzində müxtəlif heyvanlar tərəfindən dişləmə halları var: "Amma heyvan dişləmələri nəticəsində insanlarda quduzluq xəstəliyi qeydə alınmayıb. Bütün hallara qarşı nəzarət aparılır, dişləməyə məruz qalan insanlar xəstəxanalara müraciət edir, vaksinlər vaxtında vurulur. Vaxtında vaksinlər vurulursa, sxem pozulmursa, xəstələr müalicə olunur və ölümlə nəticələnmir. Ümumilikdə, bu il dişləmə nəticəsində quduzluq qeydə alınmayıb”.


Şöbə müdiri vurğulayıb ki, əgər hansısa ərazidə heyvan dişləməsi nəticəsində quduzluq xəstəliyi qeydə alınarsa, onun barəsində stansiyaya məlumat daxil olur. Sumqayıtda 5 yaşlı qızın it dişləməsi nəticəsində ölməsi barədə yayılan məlumatlara münasibət bildirən R. İsmayılova bu barədə hələlik stansiyaya məlumat daxil olmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR