Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustaqlığına alınıb.
APA xəbər verir ki, bu barədə “ABC Color” qəzeti məlumat yayıb.
Məlumata görə noyabrın 7-də yerli vaxtla saat 11:00-da sabiq dövlət başçısı dindirilmək üçün aparılacaq.
Bundan əvvəl prokurorluq təxminən 3 milyon müştərinin hesablarının dondurulduğu “Ueno Bank” işi çərçivəsində Penyanın saxlanılması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, noyabrın 6-da senatorlar Penyanın impiçmenti məsələsini dəstəkləyiblər.
Onun vəzifədən uzaqlaşdırılmasını istəyənlər sabiq prezidentin “Ueno Bank”la ehtimal olunan əlaqələri səbəbilə maraqlar toqquşmasında ittiham edirlər.