Pakistanda Azərbaycan Ticarət Evi açıla bilər

Pakistanda Azərbaycan Ticarət Evi açıla bilər
# 04 iyul 2018 13:33 (UTC +04:00)

"Mən inanıram ki, Pakistanda Azərbaycan Ticarət evi açılacaq".

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Pakistan biznes konfransında iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

O bildirib ki, hazırda Pakistanda Azərbaycan "Ticarət Evi"nin açılması məsələsi müzakirə olunmur: “Ancaq İqtisadiyyat Nazirliyinə belə bir təklif daxil olarsa, böyük məmnuniyyətlə bu istiqamətdə lazımi addımlar atacağıq və lazımi işlər görəcəyik. Pakistan Azərbaycan üçün çox önəmli bazardır. Bu, bizim üçün çox önəmli bir istiqamətdir, prioritet bazardır. Mən inanıram ki, Pakistanda Azərbaycan Ticarət Evi açılaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR