“Sovetski”də III mərhələdə 11 hektar ərazidə evlər söküləcək

“Sovetski”də III mərhələdə 11 hektar ərazidə evlər söküləcək
# 24 fevral 2019 09:54 (UTC +04:00)

Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb.

ONA-nın məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib.

İcra Hakimiyyətinin başçısı söküntü işlərinin II mərhələsinin də uğurla həyata keçirildiyini və 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını nəzərə çatdırıb. Ə. Əzizov hazırda II mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını açıqlayıb. İcra başçısı III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin uğurla davam etdiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR