FHN Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb - YENİLƏNİB

FHN Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 21 avqust 2017 08:06 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 09:05-də başa çatıb.

***

09.27

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı minik və “MAN” markalı yük avtomobilləri toqquşub. Nəticədə “Mercedes”-in sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 1995-ci il il təvəllüdlü Oksana Romanova isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR