Çində zəlzələ nəticəsində ölənlərin sayı 19-a, xəsarət alanların isə 343-ə çatıb

Çində zəlzələ nəticəsində ölənlərin sayı 19-a, xəsarət alanların isə 343-ə çatıb
# 10 avqust 2017 03:23 (UTC +04:00)

Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı isə 343 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Çin mərkəzi televiziyasının məlumatında bildirilir.

Məlumata əsasən, hazırda yaralılardan 13-ün vəziyyəti ağır, daha 2-nin kritikdir.

Avqustun 8-də yerli vaxtla 21.19-da baş verən zəlzələ 20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra 1000-dən çox afterşok qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR