Bakıda 3 yaşlı oğlan xəstəxanada ölüb

Bakıda 3 yaşlı oğlan xəstəxanada ölüb
# 29 dekabr 2019 09:56 (UTC +04:00)

Bakıda azyaşlı xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə A.F. Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Dekabrın 28-də Binəqədi rayon, Mədən 1, korpus 30 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Həmzəyev Ümid Sarif oğlu xəstəxanaya yerləşdirilib və həmin tarixdə orada ölüb.

Azyaşlının meyitinin ilkin müayinə zamanı Ü. Həmzəyevdə baş-beyin ödemi aşkarlanıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR