Ağcabədidə Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan hərbçilərin çağırışı ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

Ağcabədidə Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan hərbçilərin çağırışı ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 12:43 (UTC +04:00)

Ağcabədi - APA. Ağcabədinin Taxtakörpü qəsəbəsində Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan keçmiş hərbçilərin çağırışı ilə bağlı tədbir keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, laçınlı məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı qəsəbədə təşkil olunan toplantıda 2000 nəfərədək Ağcabədi və respublikanın müxtəlif şəhər və rayonunda məskunlaşan laçınlı gənc cəlb olunub. Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini Abdulla Qurbani bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən ehtiyatda olanların hərbi toplanışa çağırılması yekunlaşmaq üzrədir. Nəzərdə tutulan 6000 nəfər ehtiyatda olan hərbçi yaşadıqları rayonlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şöbələrində qeydiyyatdan keçiblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR