Şeyx Səid Bin Maktum: “Qəbələdə təşkilatçılıq yüksək səviyyədədir” - FOTO - VİDEO

Şeyx Səid Bin Maktum: “Qəbələdə təşkilatçılıq yüksək səviyyədədir” - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 15:58 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu apasport.az saytına atıcılıq üzrə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) idmançısı şeyx Səid Bin Maktum deyib.

Qəbələdə keçirilən Dünya Kuboku yarışında iştirak edən təcrübəli idmançı təşkilatçılıqdan məmnun qaldığını bildirib: “Təşkilatçılıq yüksək səviyyədədir. Yarış üçün gözəl məkan seçilib. Atıcılıq Mərkəzi də gözəldir. Bilirsiniz, biz cənnətdə yaşamırıq, məmnun qalmaq lazımdır. Qəbələdə hər şey bizi qane edir”.

Bir neçə Olimpiadanın iştirakçısı olmuş 39 yaşlı idmançı özünün Qəbələdəki çıxışından razı qalıb. “Çıxışımı normal dəyərləndirirəm, razı qaldım. Ümumiyyətlə, mənim elə də çox medalım yoxdur”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR