Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər

Poroşenko və Bayden Donbasdakı vəziyyəti müzakirə ediblər
# 12 oktyabr 2016 19:18 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

Söhbət zamanı Donbasdakı vəziyyət müzakirə edilib.

“Poroşenko və Bayden Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər həmçinin Ukraynada həyata keçirilən islahatlara toxunublar”, məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR