Qlobal istiqraz bazarı 1,7 trln. dollar itirib

Qlobal istiqraz bazarı 1,7 trln. dollar itirib
# 01 dekabr 2016 12:37 (UTC +04:00)

"Bloomberg Barclays Global Aggregate Total Return" indeksi noyabrda 4% geriləyib. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, 1990-cı ildən etibarən ən iri geriləmədir.


ABŞ-da iqtisadi artımın sürətlənməsi ilə bağlı gözləntilər və Donald Trampın prezident seçkilərində qələbə qazanması investorları illik gəlirliliyi rekord dərəcədə aşağı olan istiqrazlardan "canını qurtarmağa" və səhmlərə investisiya yatırmağa sövq edib.

Qlobal istiqraz bazarı noyabr ayı ərzində 1,7 trln. dollar itirib ki, bu da tarixi minimumdur. Buna baxmayaraq, dünya fond bazarlarının kapitallaşması ötən ay 635 mlrd. dollar artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR