Göyçayda piyadanı vuraraq qaçan sərxoş sürücü tutulub

Göyçayda piyadanı vuraraq qaçan sərxoş sürücü tutulub
# 23 noyabr 2017 14:42 (UTC +04:00)

Noyabrın 21-də Göyçay rayon Polis Şöbəsinə rayon Mərkəzi Xəstəxanasından Potu kənd sakini Cavad Kərimovun naməlum avtomobil tərəfindən vurulması nəticəsində xəsarət alması ilə bağlı məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin rayonun Hüngütlü kənd sakini Mobil Fərəcov olduğu müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, Mobil Fərəcov noyabrın 21-i axşam saatlarında Göyçay-Ucar avtomobil yolunun Potu kəndi ərazisində hərəkətdə olarkən yolu keçən Cavad Kərimovu vuraraq ona xəsarət yetirib və hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Hadisəni törədərkən sürücünün sərxoş olduğu, eləcə də sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkar edilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR