Ukrayna səfirliyi: Azərbaycanda referendum yalnız milli qanunvericilik çərçivəsində keçirilə bilər

Ukrayna səfirliyi: Azərbaycanda referendum yalnız milli qanunvericilik çərçivəsində keçirilə bilər
# 17 fevral 2017 13:46 (UTC +04:00)

“Azərbaycanda keçiriləcək istənilən referendum yalnız milli qanunvericilik çərçivəsində baş tutmalıdır”.


Bu barədə APA-ya Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Səfirlik nəzərə çatdırıb ki, Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini prezident Pyotr Poroşenko 13-14 iyul 2016-cı ildə rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Bakıda keçirdiyi birgə mətbuat konfransı zamanı bir daha ifadə edib: “Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində daima Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanda keçiriləcək istənilən referendum yalnız Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində baş tutmalıdır”.

Qeyd edək ki, fevralın 20-də işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejim “Konstitusiya referendumu” keçirməyə hazırlaşır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR