Masallıda iki uşaq anası övladlarını ataraq evdən qaçıb

Masallıda iki uşaq anası övladlarını ataraq evdən qaçıb
# 15 yanvar 2018 13:33 (UTC +04:00)

Masallı rayonunun Böyük Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Y. M. yanvarın 11-də evdən qaçıb. Onun 6 və 5 yaşlı iki qızı var.

APA-nın cənub bürosu xəbər verir ki, Y. M. yazdığı məktubda valideynlərinə layiqli övlad olmadığını, başqa yerə gedərək, intihar edəcəyini bildirib.

Ailəsinin əldə etdiyi məlumata görə, o, Bakı şəhərinə yollanıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR